Ramazanın 25-ci günü: dua, imsak və iftar vaxtı 

10:14 26.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Ramazan ayının 25-ci günüdür.

 

Hafta.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 26-da imsak saat 04:13, iftar isə saat 19:45-dədir.

 

Ramazan ayının 25-ci gününün duası:

 

"Allahumməc-əlni fihi muhibbən li-ovliyaik. Və muadiyən li-ə-daik. Mustənnən bisunnəti xatəmi ənbiyaik. Ya asimə qulubin-nəbiyyin".

 

Tərcüməsi:

 

"İlahi, bu gün məni sənin dostlarını sevənlərdən, sənin düşmənlərinlə düşmən olanlardan qərar ver! Məni sonuncu peyğəmbərinin sünnəsinə əməl edənlərdən qərar ver! Ey peyğəmbərlərin qəlbinin hamisi olan Allah!"

 

Allah orucunuzu qəbul etsin!